Ötən il tədavüldə olan dövlət qiymətli kağızların həcmi 4% azalıb

15:08 - 14.04.2026


14 aprel, Fineko/abc.az. 2025-ci ilin sonuna tədavüldə olan dövlət qiymətli kağızlarının həcmi azalsa da, Azərbaycan Mərkəzi Bankının (AMB) notlarında artım müşahidə edilib.

ABC.AZ AMB-yə istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə tədavüldə olan dövlət qiymətli kağızların həcmi 4% (0.4 milyard manat) azalaraq 9 milyard manat təşkil edib.

Qeyd olunur ki, azalmanı şərtləndirən əsas amil cari ilin ilk 8 ayında Maliyyə Nazirliyi tərəfindən yeni emissiyanın təşkil edilməməsi olub.

Hesabat dövrü ərzində AMB notlarının dövriyyədəki həcmi 1.8 dəfə (0.2 milyard manat) artaraq 0.4 milyard manata çatıb.