17:13 - 10.04.2026
10 aprel, Fineko/abc.az. 2025-ci ildə korporativ və dövlətə məxsus müəssisələrin istiqraz yerləşdirmələri ümumilikdə sabit həcmdə qalıb.
ABC.AZ xəbər verir ki, bununla bağlı Bakı Fond Birjasının açıqladığı hesabatda qeyd edilib.
Hesabata əsasən, emitent növü üzrə DMM və korporativ emitentlərin payı demək olar ki, bərabər olub:
DMM istiqraz yerləşdirmələri 402.6 milyon manat, korporativ istiqraz yerləşdirmələri isə 391.0 milyon manat təşkil edib. Sektorlar üzrə bölgüdə real sektor 53% payla ən böyük hissəni təşkil etmiş, maliyyə sektoru isə 47% payla onu izləyib.