16:17 - 10.04.2026
10 aprel, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanın borc bazarında dövriyyədə olan ümumi həcm 2024-cü ildəki 13.50 milyard manatdan 10.94 milyard manata enib.
ABC.AZ xəbər verir ki, bu barədə Bakı Fond Birjasının açıqladığı hesabatda qeyd edilib.
Vurğulanıb ki, azalma əsasən dövlət istiqrazlarının həcminin 9.70 milyard manatdan 6.07 milyard manata düşməsi ilə bağlı olub.
Bununla belə, bu dinamika bazar aktivliyinin zəifləməsini göstərmir. Əksinə, dövlət istiqrazları üzrə ticarət həcminin artması təkrar bazarda dövriyyənin və investor iştirakının gücləndiyini göstərir. Digər seqmentlərdə isə artım müşahidə olunub.
"DMM istiqrazları 0.90 milyard manata, korporativ istiqrazlar 0.72 milyard manata yüksəlib. İpoteka istiqrazları ən yüksək artımı nümayiş etdirərək 2025-ci ildə 3.25 milyard manata çatıb (2024: 2.56 milyard manat)" - deyə bildirilib.