14:51 - 10.04.2026
10 aprel, Fineko/abc.az. Korporativ və ipoteka istiqrazları üzrə ticarət 2025-ci ildə artım nümayiş etdirib.
ABC.AZ xəbər verir ki, bu Bakı Fond Birjasının 2025-ci il üçün açıqladığı maliyyə hesabatında qeyd edilib.
Hesabatda qeyd edilib ki, bu seqment üzrə ümumi ticarət həcmi 2.28 milyard manatdan 2.48 milyard manata (+9%) yüksəlib.
Artım əsasən korporativ və dövlət müəssisələri istiqrazları hesabına baş vermiş, ipoteka istiqrazları üzrə aktivlik isə nisbətən sabit qalıb.
REPO bazarı isə müəyyən normallaşmaya baxmayaraq bazarın ən böyük seqmenti olaraq qalıb. 2025-ci ildə ticarət həcmi 50.63 milyard manat təşkil etmiş və bu göstərici qısamüddətli likvidliyin idarə edilməsi alətlərinə davam edən tələbi əks etdirib.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026