14:24 - 10.04.2026
10 aprel, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanın kapital bazarında müxtəlif seqmentlər üzrə fərqli dinamika müşahidə olunub.
ABC.AZ xəbər verir ki, bu Bakı Fond Birjasının 2025-ci il üçün açıqladığı maliyyə hesabatında qeyd edilib.
Sözügedən hesabatda dövlət istiqrazları üzrə ticarət həcminin əhəmiyyətli dərəcədə artaraq 2024-cü ildə 5.88 milyard manatdan 2025-ci ildə 9.29 milyard manata (+58%) yüksəldiyi və son beş ilin ən yüksək səviyyəsinə çatdığı bildirilib.
"Bunun əksinə olaraq, Mərkəzi Bank notları üzrə ticarət həcmi azalıb, əvvəlki illə müqayisədə 1.99 milyard manatdan 2025-ci ildə 1.39 milyard manata enib. Bu dinamika likvidliyin sterilizasiyası alətlərində depozit hərraclarına yönəlmənin artmasını əks etdirib", - deyə hesabatda vurğulanıb.