15:41 - 6.04.2026
6 aprel, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
ABC.AZ BFB-yə istinadla xəbər verir ki, səhmlərin abunə yazılışı 13 Aprel-12 May (daxil) 2026 ci il tarixində baş tutacaq.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı "PAŞA BANK" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1012006628
Səhmlərin növü və forması: Sənədsiz adlı, adi səhmlər
Ticarət üsulu/forması: Kütləvi / Abunə yazılışı
Səhmlərin sayı: 932,926 ədəd
İlkin ticarət qiyməti: 55 manat
Buraxılış həcmi: 51,310,930 manat
Ticarətə buraxılma tarixi:Yerləşdirmə tarixi emitent tərəfindən bildiriləcək
Anderrayter:
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC
“ABB-İnvest İnvestisiya Şirkəti” QSC
“Unicapital İnvestisiya Şirkəti” ASC
27 İyul 2026