10:35 - 3.04.2026
3 aprel, Fineko/abc.az. Yaxın Şərqin ən böyük alüminium istehsalçısı — Emirates Global Aluminium, İran tərəfindən həyata keçirilən raket və pilotsuz uçuş aparatları ilə hücumdan sonra Əl-Tavila ərazisində yerləşən əridmə zavodunun işini dayandırıb.
ABC.AZ xəbər verir ki, zavod elektrik enerjisiz qalıb, bu isə elektroliz xətlərinin zədələnməsinə və qurğuların daxilində metalın donmasına səbəb olub.
Oxşar hücumlar Aluminium Bahrain şirkətinə də təsir göstərib.
Hadisələr London birjasında alüminium qiymətlərinin artmasına səbəb olub. Yaxın Şərq dünya üzrə alüminium istehsalının təxminən 9%-ni təmin edir və ən böyük zavodların dayanması Avropa, Asiya və ABŞ-da istehsalın zəncirvari azalmasına və metal qıtlığına gətirib çıxara bilər.