Azərbaycanın Aİ ölkələrinə yatırımında 28.7% səviyyəsində aryım qeydə alınıb

15:47 - 31.03.2026


31 mart, Fineko/abc.az. 2025-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinin iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 316.50 mln. manat təşkil edib.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ildə bu göstərici 245.98 mln. manat olub, yəni illik artım 28.7% səviyyəsində qeydə alınıb.

Artım əsasən İtaliya və Almaniyaya yatırımların artması ilə bağlı olub. Belə ki, İtaliyaya investisiyalar 72.38 mln. manatdan 125.12 mln. manata yüksələrək 72.9% artıb, Almaniyaya yönələn investisiyalar isə 22.94 mln. manatdan 61.73 mln. manata çataraq 169.1% artım göstərib.