15:32 - 31.03.2026
31 mart, Fineko/abc.az. 2025-ci ildə Avropa İttifaqı ölkələrindən Azərbaycana daxil olan birbaşa investisiyaların həcmi 1 mlrd. 442.63 mln. manat təşkil edib.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ildə bu göstərici 2,094.03 milyon manat olub və beləliklə illik müqayisədə 31.1% azalma qeydə alınıb.
Azalma əsasən Macarıstan və Almaniyadan investisiyaların kəskin azalması ilə əlaqəlidir. Macarıstan üzrə investisiyalar 1 mlrd. 18.65 mln. manatdan 366.44 mln. manata enərək 64.0% azalıb, Almaniya üzrə isə 75.30 mln. manatdan 26.33 mln. manata düşərək 65.0% azalma göstərib.
