12:14 - 31.03.2026
31 mart, Fineko/abc.az. Ələt Azad İqtisadi Zonasında investorlara ərazi daxili və ərazi xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş istifadəyə hazır sənaye torpaq sahələri təqdim olunur.
ABC.AZ xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.
O qeyd edib ki, yəni investor müvafiq infrastrukturun qurulmasını illərlə gözləmək məcburiyyətində deyil.
Məhz bu səbəbdən, ƏAİZ-də istifadəyə hazır sənaye torpaq sahələrinin təqdim edilməsi investorlar üçün çox önəmli bir məqamdır.
Yəni investora təqdim olunan ərazi artıq əvvəlcədən su, təbii qaz, kanalizasiya, rabitə, elektrik enerjisi və s. infrastrukturu ilə təmin edilib.
Bu çox böyük bir üstünlükdür. Başqa zonalara baxdıqda görürük ki, onların əksəriyyətində belə şərait yoxdur:
"Ələt Azad İqtisadi Zonasının cəlbediciliyini artıran digər amil burada fəaliyyət göstərən şirkətlərin bütün vergi və gömrük rüsumlarından azad olmasıdır. Bundan başqa, Ələt Azad İqtisadi Zonasının qanunvericiliyini də xüsusi qeyd etməliyik. Bildiyiniz kimi, Ələt Azad İqtisadi Zonası Azərbaycan Respublikasının xüsusi bir qanunu ilə - “Ələt azad iqtisadi zonası haqqında” qanunla yaradılıb. Ələt Azad İqtisadi Zonasının qanunvericiliyi bu qanun və Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu tərəfindən təsdiq edilmiş daxili qaydalardan ibarətdir. Bu da investorlar üçün böyük önəm daşıyır. Məsələn, ƏAİZ-də qeydiyyatdan keçmək üçün yalnız Səlahiyyətli Quruma müraciət etmək kifayətdir. Səlahiyyətli Qurum təklif edilən layihəni məqbul hesab etdiyi təqdirdəhəmin şirkət qeydiyyatdan keçirilir. Burada əsas iqtisadiyyatın hər hansı bir dövlət qurumuna müraciət etməyə ehtiyac yoxdur”. ©Trend
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
29 İyul 2026