11:33 - 31.03.2026
31 mart, Fineko/abc.az. Yaxın zamanda Ələt Azad İqtisadi Zonasında iri sənaye müəssisələrinin yaradılması ilə bağlı yeni layihələr elan ediləcək. Bu layihələr Azad Zonanın investisiya cəlbediciliyini daha da artıracaq və ixracyönümlü istehsalın genişlənməsinə təkan verəcək.
ABC.AZ xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.
Sədr müsahibəsində ƏAİZ-in cəlbediciliyindən, qurum üçün maraqlı olan investorlardan, yeni layihələrdən və bu kimi digər məsələlərdən danışıb.
O, əvvəlcə Azad Zonanın yaranma tarixindən, eləcə də cəlbediciliyindən bəhs edib və bildirib ki, burada bütün vacib məqamlar nəzərə alınıb:
“Əgər bu amillər diqqətə alınmasaydı, belə bir zonanın yaradılması mümkün olmazdı. Daha cəlbedici olmaq üçün yalnız region ölkələrində deyil, daha geniş coğrafiyada fəaliyyət göstərən azad iqtisadi zonaların təcrübəsi öyrənilib, onların qanunvericiliyi, şərtləri və uğur-uğursuzluq səbəbləri təhlil edilib. Belə ki, bu gün dünyada 4500-dən çox azad iqtisadi zona mövcuddur, lakin onların hamısını uğurlu hesab etmək mümkün deyil". ©Trend
4 Avqust 2026
4 Avqust 2026