Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün təkliflər hazırlanır

10:53 - 6.03.2026


6 mart, Fineko/abc.az. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün islahatların aparılması məqsədilə yeni təkliflər hazırlanır.

ABC.AZ xəbər verir ki, bunu baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən tədbirdə bildirib.

Samir Şərifov bildirir ki, bu məqsədlə ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, institusional islahatların koordinasiyalı şəkildə həyaat keçirilməsi üçün «Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiya» fəaliyyət göstərir.

«Komissiya beynəlxalq reytinqləri formal məqsəd kimi deyil, real biznes mühitinin keyfiyyətinin yüksəldilməsi üçün alət kimi dəyərləndirir», - deyə o bildirib.

«Komissiya çərçivəsində «Biznesə daxil olma» və «Vergi və hesabatlılıq» işçi qrupları sahibkarlığa başlama prosedurlarının sadələşdirilməsi, inzibatçılığın və vergi mühitinin daha şəffaf və proqnozlaşdırıla bilən edilməsi üzərində işləyir», - deyə baş nazirin müavini bildirib.