Ralf Nimayer: Qaz qıtlığına görə Almaniya iqtisadiyyatını ciddi çətinliklər gözləyir

15:38 - 24.02.2026


24 fevral, Fineko/abc.az. Almanlar Rusiya qazının yoxluğu ilə əlaqədar iqtisadiyyatda yaranacaq ciddi problemlərə hazır olmalıdırlar.

ABC.AZ-ın məlumatına görə, bu barədə Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimayer bəyanat verib.

Avropanın Qaz İnfrastrukturu Operatorları Assosiasiyasından məlum olduğu kimi, fevralın 16-na olan məlumata görə, Almaniya anbarlarında qaz ehtiyatlarının səviyyəsi 22,99 faizə qədər düşüb. Siyasətçinin fikrincə, Almaniya təyyarə qəzasında olduğu kimi, ən pis ssenariyə hazırlaşmalıdır.

«Anbarlardakı qaz ehtiyatlarının 20 faizdən aşağı düşmə təhlükəsi var», — deyə Nimayer qeyd edib.

Əgər vəziyyət mənfi istiqamətdə inkişaf etməyə davam edərsə və ehtiyatlar 15 faizə qədər azalarsa, qalan qazın abunəçilərin evlərinə normal şəkildə ötürülməsi qeyri-mümkün olacaq. Təzyiq saxlanılmasa, bu risk kifayət qədər yüksəkdir.

Siyasətçinin qənaətinə görə, kansler Fridrix Mertsin hökuməti iqtisadi sektoru məhv edir, halbuki hakimiyyət digər Avropa ölkələri kimi sadəcə mayeləşdirilmiş təbii qaz (LNG) satın ala bilərdi.