Naxçıvan Sənaye Parkına ilk rezident qeydiyyatı bu il baş tutacaq

12:05 - 24.02.2026


24 fevral, Fineko/abc.az. Hazırda Naxçıvan Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanması proseduru gedir.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov rəhbərlik etdiyi qurumun ötən il üzrə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

"Bu il sənaye parkına ilkin rezident qeydiyyatının baş tutacağını gözləyirik", - o bildirib.