Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2,5% genişlənəcək - Proqnoz

14:33 - 20.02.2026


20 fevral, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 2,5% genişlənəcəyi proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə “Fitch Solutions”un Azərbaycanla bağlı proqnozunda bildirilib.

Şirkətin qiymətləndirməsinə görə, 2025-ci ildə təxminən 1,4% artımdan sonra 2026-cı ildə iqtisadi artımın sürətlənməsi gözlənilir.

Artımın əsasən inflyasiyanın azalması və nisbətən sağlam əmək bazarı fonunda daxili tələbat hesabına formalaşacağı qeyd olunur.

Hesabatda bildirilir ki, qlobal neft qiymətlərində eniş və karbohidrogen gəlirlərindən yüksək asılılıq səbəbindən neft sektoru çətinliklərlə üzləşməkdə davam edəcək. Fiskal məhdudiyyətlər risk olaraq qalır.

Bununla belə, “Fitch Solutions” regionda artan investisiya və ticarət fəallığı fonunda Azərbaycan iqtisadiyyatının perspektivlərini ümumilikdə müsbət qiymətləndirir. Qurum hesab edir ki, Ermənistanla mümkün sülh və ABŞ-ın regionda tranzit dəhlizi yaratmaq marağı iqtisadi aktivliyi dəstəkləyə bilər.