2027-ci ildə Azərbaycan qazının ixrac qiyməti ucuzlaşacaq

10:53 - 20.02.2026


20 fevral, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (IMF) 2026-cı ildə Azərbaycanın ixrac etdiyi təbii qazın orta qiymətinin hər min kubmetr üçün 380,4 ABŞ dolları səviyyəsində olacağını gözləyir.

ABC.AZ xəbər verir ki, bu barədə IMF-dən bildirilib. IMF-nin məlumatlarına görə, 2025-ci ildə qazın ixrac qiyməti 425,4 ABŞ dolları təşkil edib.

Daha sonra azalma tendensiyası proqnozlaşdırılır: 2027-ci ildə təbii qazın ixrac qiymətinin hər min kubmetr üçün 326,5 ABŞ dollarına, 2028-ci ildə 287,1 ABŞ dollarına enəcəyi və 2032-ci ilə qədər bu səviyyədə qalacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı qaz ixracının orta qiymətini 2026-cı ildə hər min kubmetr üçün 269 ABŞ dolları, 2027-ci ildə isə 254 ABŞ dolları səviyyəsində gözləyir.