10:00 - 20.02.2026
20 fevral, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2026-cı ildə Azərbaycanın ümumi dövlət borcu ÜDM-in 20,7 %-ni təşkil edəcək.
ABC.AZ xəbər verir ki, bu barədə IMF-nin yaydığı məlumatda qeyd edilib. Bu göstərici orta müddətli perspektivdə dayanıqlı səviyyədə qalacaq.
Proqnoza əsasən, 2027-ci ildə ölkənin dövlət borcunun səviyyəsi ÜDM-in 20,9 %-nə, 2028-ci ildə 20,7 %-nə, 2029-cu ildə 20,4 %-nə, 2030-cu ildə 19,9 %-nə çatacaq, 2031-ci ildə isə ÜDM-in 19,6 %-ni təşkil edəcək.
Dövlət zəmanəti ilə alınan borcun ÜDM-dəki payı da, proqnozlaşdırılan dövrdə sabit qalacaq: 2026-cı ildə ÜDM-in 25,3 %-i, 2027-ci ildə 24,4 %-i, 2028-ci ildə 23,6 %-i, 2029-cu ildə 22,9 %-i, 2030-cu ildə 21,9 %-i, 2031-ci ildə isə 20,8 %-i səviyyəsində.
Maliyyə Nazirliyinin açıqladığı rəsmi statistikaya əsasən, 2026-cı il yanvarın 1-də Azərbaycanın dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları təşkil edib, öhdəliklərin 85,7 %-i dollarda ifadə olunub.
Borcun valyuta strukturunda avronun payı 6,4 %, IMF-nin xüsusi borcalma hüquqlarının (XBH) payı 3,2 %, yapon yeninin payı 3,1 %, digər valyutaların payı isə 1,6 % təşkil edir.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,5 %-ni, sabit dərəcə ilə olanlar isə 50,5 %-ni təşkil edib.
Xarici borcun 58,2 %-i yaxın beş il ərzində, 36,1 %-i 5 ildən 10 ilədək müddətdə, daha 5,7 %-i isə 10 ildən artıq müddətdə qaytarılmalıdır.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026