2026-cı ildə qeyri neft-qaz sektoru büdcə gəlirlərinin 57 68 faizini formalaşdıracaq - Deputat

14:53 - 2.02.2026


2 fevral, Fineko/abc.az. Ötən il iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalsa da, qeyri neft-qaz sektorunda 2,7 faiz artıb.

ABC.AZ xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

O qeyd edib ki, sənayedə qeyri neft-qaz sektorunun artım tempi daha yüksək olub:

"Ötən il sənayenin qeyri neft-qaz sektorunda isə 5,5 faiz artım qeydə alınıb. Enerji bazarlarındakı volatilliyə rəğmən, qeyri neft-qaz sektorundakı artım iqtisadi inkişafın dayanıqlığını gücləndirməkdədir. Bu, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan dərinləşmiş islahatların nəticəsidir. İslahatlar iqtisadiyyatın şaxələndirilməsi prosesini də sürətləndirməkdədir. 2026-cı ildə qeyri neft-qaz sektoru büdcə gəlirlərinin 57, ÜDM-in isə 68 faizini formalaşdıracaq".