14:41 - 2.02.2026
2 fevral, Fineko/abc.az. Azərbaycanda yeganə təkrarsığortaçı “AzRe Təkrarsığorta” ASC şirkətinin investisiya portfeli yüksəlsə də ondan xalis investisiya mənfəəti illik azalıb.
ABC.AZ xəbər verir ki, 2025-ci ilin əvvəlinə illik əsasda 26.1% artaraq 108.32 mln. manatdan 136.6 mln. manata yüksəlib.
Portfeldəki artım əsasən istiqrazlar, səhmlər və depozitlər üzrə yerləşdirmələrin genişlənməsi hesabına formalaşıb. İstiqraz portfeli il ərzində 12.3% artaraq 98.27 mln. manatdan 110.39 mln. manata çatıb. Dövlət istiqrazlarına yatırımlar 6.6% azalaraq 80.45 mln. manatdan 75.14 mln. manata enib, qeyri-dövlət istiqrazları isə demək olar ki, iki dəfə artaraq 97.8% yüksəlişlə 17.82 mln. manatdan 35.25 mln. manata qalxıb.
Səhmlərə yatırımlar illik müqayisədə 33.8% artaraq 9.80 mln. manatdan 13.11 mln. manata yüksəlib və portfelin diversifikasiyasında mühüm rol oynayıb. Ən kəskin dəyişiklik isə depozitlər üzrə qeydə alınıb. Depozit portfeli öncəki əvvəlində cəmi 0.25 mln. manat olduğu halda, 2025-ci ilin əvvəlində 13.1 mln. manata çatıb ki, bu da 50 dəfədən çox artım deməkdir.