Metalların qiyməti kəskin şəkildə ucuzlaşır

12:14 - 2.02.2026


2 fevral, Fineko/abc.az. Ticarət məlumatlarına əsasən, bazar ertəsi səhər saatlarında metalların qiymətində xeyli azalma qeydə alınıb.

ABC.AZ xəbər verir ki, Bakı vaxtı ilə saat 10:59-a olan məlumata görə, Comex birjasında mis üzrə mart fyuçersi 3,35 % ucuzlaşaraq funt üçün 5,7255 dollara (təxminən 0,45 kq) düşüb.

Eyni vaxtda platin üzrə aprel fyuçersinin qiyməti əvvəlki bağlanışla müqayisədə 9,49 % azalaraq troya unsiyası üçün 1920,2 dollar, palladium üzrə mart fyuçersi isə 7,89 % ucuzlaşaraq 1568,75 dollar təşkil edib.

Bununla yanaşı, alüminium üzrə fyuçers saat 10:59-a 3,49 % ucuzlaşaraq ton başına 3117,65 dollara enib, sinkin qiyməti isə 3,56 % azalaraq ton başına 3272,7 dollar olub.

London Metal Birjasında (LME) cümə günü keçirilən ticarətin yekunlarına görə, üç ay sonra tədarük ediləcək misin bir tonunun qiyməti 3,38 % azalaraq 13 157,5 dollar, alüminiumun qiyməti 2,31 % enərək 3144 dollar, sinkin qiyməti isə 0,29 % azalaraq 3402 dollar təşkil edib.