"FINCA Azerbaijan" istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

16:01 - 29.01.2026


29 yanvar, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki,  AZ2013019206 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərracı yekunlaşıb.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı "FINCA Azerbaijan" MM QBKT

İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

İstiqrazların sayı:10,000 ədəd

İlkin ticarət qiyməti: 100 ABŞ dolları

Buraxılış həcmi: 1,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi: 9%

Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti: 24 ay

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 1,000,000 ABŞ dolları

Reallaşdırılmış həcm:1,000,000 ABŞ dolları

Hərrac qiyməti: 100 ABŞ dolları

İnvestor sayı:51

Sifariş sayı: 51

Anderrayter:  “Unicapital İnvestisiya Şirkəti” ASC