12:07 - 27.01.2026
27 yanvar, Fineko/abc.az. Azərbaycan Respublikasının suveren fondu sayılan Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin yekunları üzrə səhm investisiyalarının müsbət gəlirlilik göstərdiyini açıqlayıb.
ABC.AZ ARDNF-ə istinadən xəbər verir ki, il ərzində qlobal maliyyə bazarlarında formalaşan əlverişli şərait ARDNF-nin səhm portfelinin dəyərinin artmasına şərait yaradıb.
ARDNF bildirir ki, şirkətlərin maliyyə göstəricilərinin ümumən dayanıqlı qalması səhm bazarları üçün əsas dəstək amillərindən biri olub. Xüsusilə texnologiya sektorunda, o cümlədən süni intellekt sahəsində əldə olunan irəliləyişlər investor marağını artıraraq səhm qiymətlərinin yüksəlməsinə səbəb olub. Bununla yanaşı, qabaqcıl mərkəzi bankların 2025-ci il ərzində uçot faiz dərəcələrini endirməsi maliyyə şərtlərini yumşaldıb və risk aktivlərinə, o cümlədən səhmlərə tələbi gücləndirib.
Maliyyə bazarlarında əlverişli şərait və aktivlərin effektiv idarə olunması nəticəsində investisiya fəaliyyəti də gəlirlərin artımında mühüm rol oynayıb. Fondun vəsaitlərinin idarə olunması üzrə gəlirlilik 6.2% təşkil edib ki, bu da 6 milyard 894.1 mln. manat həcmində investisiya gəliri ilə nəticələnib.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026