11:31 - 27.01.2026
27 yanvar, Fineko/abc.az. Baird analitikləri şirkətin süni intellekt startapı Anthropic-ə yatırımlarını payın seyrəldilməsi ssenarisindən asılı olaraq $2–4 mlrd məbləğində qiymətləndirdikdən sonra Zoom-un səhmləri 11% kəskin artıb. Zoom Anthropic-ə Zoom Ventures vasitəsilə hələ 2023-cü ilin mayında investisiya edib və SEC-in məlumatına görə, $51 mln vəsait yatırıb. Baird ekspertləri hesab edirlər ki, bu məbləğin demək olar ki, hamısı məhz bu layihəyə yönəlib.
ABC.AZ xəbər verir ki, Anthropic-in hazırkı bazar dəyəri $350 mlrd-a çatır ki, bu da Zoom üçün investisiyaların təxminən 78 dəfə geri qayıtması anlamına gələ bilər. Analitiklər qeyd edirlər ki, Zoom-un əsas gəlirlərinin artım tempinin zəiflədiyi bir şəraitdə Anthropic və onun Claude adlı süni intellektinin inkişafına yatırımlar, xüsusilə startapın yaxın zamanda IPO keçirəcəyi ilə bağlı şayiələr fonunda, şirkətin dəyəri üçün gizli drayverə çevrilir.
Zoom pandemiya dövründə sürətlə populyarlıq qazansa da, sonradan onun səhmləri rekord maksimumlardan geriləyib. İndi isə Anthropic-ə yatırımlar şirkət üçün süni intellekt sahəsində liderlik uğrunda mübarizədə əsas aktivlərdən birinə çevrilə bilər.