11:01 - 16.01.2026
16 yanvar, Fineko/abc.az. Böyük Britaniya hökuməti Ukraynaya energetika sahəsində təcili yardım məqsədilə 20 milyon funt sterlinq (26,7 milyon dollar) ayırdığını açıqlayıb.
ABC.AZ xəbər verir ki, vəsait əhalinin istilik və elektrik enerjisinə olan təxirəsalınmaz ehtiyaclarının ödənilməsinə, eləcə də energetika infrastrukturunun təcili təmirinə, bərpasına və mühafizəsinə, həmçinin generasiya güclərinin artırılmasına yönəldiləcək.
Bundan əvvəl Ukrayna hakimiyyəti və energetika sektorunun nümayəndələri qarşıdan gələn qışın son dərəcə çətin olacağı və misli görünməmiş enerji böhranı yaşanacağı barədə xəbərdarlıq etmişdilər. 2025-ci ildə ölkə artıq genişmiqyaslı elektrik təchizatı problemləri və bütün ərazi üzrə növbəli elektrik kəsintiləri ilə üzləşmişdi.
3 Avqust 2026
4 Avqust 2026