19:36 - 31.10.2018
31 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
BFB-in məlumatında deyilir ki, 31 oktyabr tarixində AMB 50100272S dövlət nömrəli, 300 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.
16 investordan 1 123 024,9 min manat məbləğində 25 sifariş daxil olmuşdur. İnvestorlar qısamüddətli notlar üçün 99,4004 manat (gəlirlilik 7,76%) təklif etmişlər.
Mərkəzi Bankın qərarına əsasən, kəsmə qiyməti 99,4004 manat (gəlirlilik 7,76%), orta ölçülmüş qiymət də həmin səviyyədə müəyyən edilmişdir. Nəticədə 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.
Notların ödəmə tarixi: 28 noyabr 2018-ci il.
27 İyul 2026
27 İyul 2026