11:56 - 14.01.2026
14 yanvar, Fineko/abc.az. Beynəlxalq sığorta və risk qiymətləndirmə şirkəti Allianz Trade (əvvəlki Euler Hermes) Azərbaycanın ölkə risk reytinqini yenidən “C1” səviyyəsində sabit saxlayıb.
ABC.AZ xəbər verir ki, şirkət Azərbaycanı yenidən “aşağı risk” (low risk) kateqoriyasına daxil edib və yaşıl zonada göstərib. Bu, ölkənin makroiqtisadi sabitliyinin və qısamüddətli maliyyə risklərinin azlığını əks etdirir.
Qiymətləndirməyə əsasən, Azərbaycanın maliyyə sistemi, xarici ödəniş qabiliyyəti və büdcə sabitliyi qorunur, lakin iqtisadiyyatın strukturunda və institusional mühitdə bəzi zəifliklər qalmaqdadır.
Allianz Trade vurğulayıb ki, ölkənin risk göstəricilərində dəyişiklik müşahidə olunmadığından, Azərbaycanın reytinqi sabit saxlanılıb.
8 Avqust 2026
8 Avqust 2026