10:50 - 7.01.2026
7 yanvar, Fineko/abc.az. İnflyasiya, bu yay Türkiyənin kurort otellərində qiymətlərin yüksək qalmasına təsir edə bilər.
ABC.AZ xəbər verir ki, bu barədə tanınmış otelin sahibi Mehmet Usta Bilginər bildirib.
Türkiyə Statistika İnstitutu (TÜİK) ölkədə illik inflyasiyanın 30%-i keçdiyini açıqlamışdı. Müstəqil iqtisadçılar qrupu ENAG isə dekabr ayı üçün inflyasiyanı 2,11%, illik göstəricini isə 56,14% qiymətləndirmişdi.
Bilginər qeyd edib ki, TÜİK-in məlumatlarında xüsusilə mehmanxana və restoran xidmətləri üzrə qiymətlərin dinamizmi diqqət çəkib: illik inflyasiya 30,89% ikən bu sahədə qiymət artımı 34,11% təşkil edib.
“Xüsusilə turizm bölgələrində əməliyyat xərclərinin, işçi xərclərinin və xammal qiymətlərinin artması mehmanxana və restoran xidmətlərinin bahalaşmasına səbəb olub. Xərclər üzərindəki təzyiq 2026-cı ildə də davam edə bilər”, — deyə o bildirib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026