14:19 - 5.01.2026
5 yanvar, Fineko/abc.az. 2025-ci il 1 dekabr tarixinə Azərbaycanın ümumi dövlət borcunun həcmi 25 milyard 272,7 milyon manata bərabər olub.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 19,5 faizini təşkil edir.
Məcmu dövlət borcunun 8 milyard 195,2 milyon manatı xarici dövlət borcunun, 17 milyard 77,5 milyon manatı daxili dövlət borcunun payına düşür.
8 Avqust 2026
8 Avqust 2026