14:12 - 29.12.2025
29 dekabr, Fineko/abc.az. Bakı Fond Birjasında “MJ Financial Services BOKT” ASC-nin səhmlərinin abunə yazılışı 26 dekabrda keçirilib və yerləşdirmə tam başa çatıb.
ABC.AZ xəbər verir ki, ümumilikdə 160 ədəd adi, adlı, sənədsiz səhm hər biri 30.001 manat qiymətlə satılıb.
Nəticədə buraxılışın ümumi həcmi 4 800 160 manat təşkil edib.
Ticarətdə cəmi 2 investor iştirak edib və bütün səhmlər satılıb. Anderrayter qismində “Troni İnvestisiya Şirkəti” QSC çıxış edib.