"Xalq Bank"-ın istiqrazlarının abunə yazılışı başlayıb

10:56 - 25.12.2025


25 dekabr, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Xalq Bank" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan qiymətli kağızların abunə yazılışı 24.12.2025-ci il tarixində başlayıb, 26.12.2025-ci il tarixində bitəcək.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki, AZ2002005513 İSİN kodlu istiqrazların yerləşdirilməsi 29 dekabr 2025-ci il tarixində həyata keçiriləcək.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı :"Xalq Bank" ASC

İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

İstiqrazların sayı:50,000 ədəd

İlkin ticarət qiyməti:100 manat

İstiqrazların buraxılış həcmi:5,000,000 manat

İllik gəlirlilik faizi:9%

Ödəmə Periodu:Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti:2 il

Ticarətə buraxılma tarixi: 29.12.2025

Anderrayter: “Xalq Kapital İnvestisiya Şirkəti” QSC