11:09 - 24.12.2025
24 dekabr, Fineko/abc.az. 28 noyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
ABC.AZ BFB- yə istinadla xəbər verir ki, qeyd olunan AZ2040021027 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 23.12.2025-ci il tarixində yekunlaşıb.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:Emitentin adı: BOKT "International" ASC
İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
İstiqrazların sayı: 10,000 ədəd
İlkin ticarət qiyməti:100 manat
İstiqrazların buraxılış həcmi: 1,000,000 manat
İllik gəlirlilik faizi: 18%
Minimal qiymət və Maksimal qiymət :100 (18.0000%) manat
İstiqrazların reallaşdırılmış həcmi:1,000,000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə):1,000,000 manat
İnvestor sayı: 52
Sifariş sayı: 52
Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti: 3 il
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026