Çin biznesi Əfqanıstanda qızıl və qiymətli daş yataqlarına maraq göstərib

17:23 - 22.12.2025


22 dekabr, Fineko/abc.az. Çin şirkəti Əfqanıstanın qərbində yerləşən Qor vilayətində qızıl və yarımqiymətli daş yataqlarının işlənməsinə maraq göstərib.

ABC.AZ xəbər verir ki, plan yalnız hasilatla məhdudlaşmır, həm də aqat və digər daşların emalı üçün zavodun tikintisini nəzərdə tutur.

Vilayət rəhbəri Mavlavi Hayatulla Mübarək layihələrə tam dəstək və təhlükəsizlik təmin edəcəyini vəd edib.

Ekspertlər hesab edirlər ki, emalın yerli səviyyədə həyata keçirilməsi region iqtisadiyyatının inkişafına və iş yerlərinin yaradılmasına təkan verəcək.