15:50 - 19.12.2025
19 dekabr, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi Moody’s Türkiyə iqtisadiyyatının 2025-ci ildə 3,2%, 2026-cı ildə 3,4%, 2027-ci ildə isə 3,5% artacağını proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, bu qiymətləndirmələr agentliyin G20 ölkələri üzrə iqtisadi artım və inflyasiya proqnozlarının yer aldığı Global Structured Finance Report hesabatında əks olunub.
Hesabatda Moody’s-in Türkiyə iqtisadiyyatına dair cari il, həmçinin 2026 və 2027-ci illər üzrə gözləntiləri təqdim olunub. Sənədə əsasən, agentlik üçillik proqnoz dövründə Türkiyədə iqtisadi artım tempinin tədricən sürətlənəcəyini gözləyir.
Moody’s həmçinin Türkiyədə inflyasiyanın 2025-ci ildə təxminən 35% (±2% ehtimal sapma ilə) olacağını, 2026-cı ildə 22%-ə, 2027-ci ildə isə 18,5%-ə enəcəyini proqnozlaşdırır.
13 Avqust 2026
13 Avqust 2026
14 Avqust 2026