Çində kömürün qiyməti 2026-cı ilə qədər tonuna $95 səviyyəsində razılaşdırılıb

16:29 - 8.12.2025


8 dekabr, Fineko/abc.az. Çinli mədən şirkətləri və enerji istehsalçıları 2026-cı il üçün kömürün tonuna 675 yuan (təxminən $95) sabit qiymət üzrə razılığa gəlib. Bu səviyyə uzunmüddətli müqavilələrdə istifadə olunacaq və spot bazara təsir edəcək.

ABC.AZ xəbər verir ki, kömürün qiyməti 2022-ci ilin sonundakı rekord səviyyələrdən daxili istehsalın stimullaşdırılması və idxalın artırılması sayəsində düşüb. Qiymətlərin azalmasına baxmayaraq, hasilat sabit qalır. Hazırda Çin elektrik istehsalında kömürün payı təxminən 56%-dir.

Ekspertlər proqnozlaşdırırlar ki, yaxın perspektivdə kömürün qiymətləri tonuna $106–$120 aralığında olacaq. Gücün artırılması bir neçə il davam edə bilər, daha sonra isə sənayenin inkişaf tempi azalacaq.