15:55 - 4.12.2025
4 dekabr, Fineko/abc.az. (özəl xəbər) Yarandığı gündən indiyə qədər Aqrar Sığorta Fondu ümumilikdə 20 milyon manat aqrar sığorta ödənişi həyata keçirib.
Bunu ABC.AZ-a Fondun mətbuat katibi Əli Əhmədov bildirib. 2001-ci ildə ödənişlərin verilməsinə başlandığını deyən Fond rəsmisi qeyd edib ki, həmin il 200000, 2022-ci ildə 2.4(milyon) 2023-cü ildə 4.4milyon, 2024 6.4milyon, 2025-ci ilin ilk 10 ayında 5.3milyon ödəniş həyata keçirilib: "Amma, təkcə noyabr ayında bu iri ödənişlər 1.5 milyona çatıb. Yəni belə bunların hamısını nəzərə alanda fondumuzun ümumi ödənişləri 20 milyon manatı keçib.
Ilin axrırına kimi daha 1 və ya 1.5milyon manat ödənişin olması gözlənilir". Qeyd edək ki, Fond bu yaxınlarda Xaçmazda bir fermerə böyük ödəniş edib. Belə ki, şaxta vurulan bağ sahibinə 720000 manat sığorta ödənişi edilib.
Müəllif: Elmir Muradov
12 Avqust 2026