17:22 - 24.10.2018
24 oktyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
BFB-in məlumatında deyilir ki, 24 oktyabr tarixində AMB 50101720S dövlət nömrəli, 200 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.
15 investordan 758 323,7 min manat məbləğində 26 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812 manat (gəlirlilik 8,01%) təklif etmişlər.
Mərkəzi Bankın qərarına əsasən, kəsmə qiyməti 99,3812 manat (gəlirlilik 8,01%), orta ölçülmüş qiymət də həmin səviyyədə müəyyən edilmişdir. Nəticədə 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.
Notların ödəmə tarixi: 21 noyabr 2018-ci il.