16:05 - 20.11.2025
20 noyabr, Fineko/abc.az. 13 noyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
ABC.AZ BFB-yə istinadla xəbər verir ki, qeyd olunan AZ2041021026 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 20.11.2025-ci il tarixində yekunlaşıb.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı: BOKT "International" ASC
İstiqrazların sayı: 10,000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi; 1,000,000 manat
İllik gəlirlilik faizi: 18%
Minimal qiymət: 100 (18.0000%) manat
Maksimal qiymət: 100 (18.0000%) manat
Kəsmə qiyməti: 100 (18.0000%) manat
Ortaçəkili qiyməti: 100 (18.0000%) manat
İstiqrazların reallaşdırılmış həcmi: 1,000,000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1,000,000 manat
İnvestor sayı: 50
Sifariş sayı: 50
Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti:3 il
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026