16:54 - 19.11.2025
19 noyabr, Fineko/abc.az. 2018-ci illə müqayisədə cari ildə qeyri-neft-qaz gəlirləri 2,2 dəfə artıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, 2018-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2025-ci ilin təsdiq edilmiş dövlət büdcəsinin gəlirləri 1,7 dəfə, o cümlədən qeyri-neft-qaz gəlirləri 2,2 dəfə artıb. Qeyri-neft-qaz vergi daxilolmaları isə dövr ərzində 2,3 dəfə artıb. Qeyri-neft-qaz gəlirlərinin büdcədə payı 2018-ci ildəki 40,5 faizdən 2025-ci ilin təsdiq edilmiş büdcəsində 52 faizə yüksəlib. 2026-cı ilin büdcə layihəsində isə bu göstərici 57 faiz nəzərdə tutulub. © Azərtac
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026