17:41 - 19.10.2018
19 oktyabr, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə Dövlət Ortamüddətli İstiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.
BFB-in məlumatında deyilir ki, hərrac oktyabrın 23-də DOİ satışı üzrə, hər birinin nominal dəyəri 100 manat olmaqla, 30 milyon manat həcmində hərrac keçiriləcək.
“İstiqrazların tədavül müddəti 1092 gün, faiz gəlirliliyi 9%-dir. Yerləşdirmənin anderrayteri qismində “PASHA Capital” şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir.
27 İyul 2026