DSMF-nin gələn il büdcə xərclərinin 8 milyard 483,1 milyon manat olacaq

16:19 - 23.10.2025


23 oktyabr, Fineko/abc.az. 2026-cı ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 8 milyard 483,1 milyon manat (2025-ci illə müqayisədə 10,5 % çox) olması proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, xərclərin 8 milyard 323,1 milyon manatının DSMF-nin gəlirlərinin (9,3 % çox), 160 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (2,7 dəfə çox) hesabına qarşılanması nəzərdə tutulur.

DSMF-nin büdcəsinin xərclərinin əsas hissəsini əmək pensiyalarının, sosial sığorta haqqı hesabına müavinətlərin ödənişi, həmçinin Fondun aparatının və digər struktur bölmələrinin saxlanılması ilə bağlı xərclər təşkil edəcək.