ARDNF-in investisiya portfelində səhmlərin payı 26,2 %-dan 25,8 %-ə qədər azalıb

15:41 - 23.10.2025


23 oktyabr, Fineko/abc.az. Bu ilin sentyabrın sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 34,7 % təşkil edib.

ABC.AZ Fonda istinadən xəbər verir ki, bu, 2024-cü ilin ilk üç rübü ilə müqayisədə 15,7 faiz bəndi azdır.

Əvəzində ARDNF investisiya portfelində səhmlərin payını 26,2 %-dan 25,8 %-ə azalıb.

Qızılın payı 17,7 %-dən 32,8 %-ədək artıb, daşınmaz əmlakın payı isə 5,7 %-dan 6,7 %-ə qalxıb.