"GL" ASC-nin istiqrazlarına 50 investor maraq göstərib

15:54 - 22.10.2025


22 oktyabr, Fineko/abc.az. 15 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki, qeyd olunan AZ2037020289 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 22.10.2025-ci il tarixində yekunlaşmışdır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı :"GL" ASC

İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

İstiqrazların sayı: 2,000 ədəd

İlkin ticarət qiyməti: 1,000 manat

İstiqrazların buraxılış həcmi: 2,000,000 manat

Kupon faizi: 15%

Ödəmə Periodu: Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir

Tədavül müddəti: 7 il

Hərrac qiyməti: 1,000 manat

Reallaşdırılmış həcm: 2,000,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 2,000,000 manat

İnvestor sayı: 50

Sifariş sayı: 50

Anderrayter: “İnvest-AZ İnvestisiya Şirkəti” QSC