10:30 - 21.10.2025
21 oktyabr, Fineko/abc.az. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə artmasına cavab olaraq, "Baku Shipyard" tərsanəsində "Samruk-Kazyna"nın törəmə şirkəti olan "Kazmortransflot" (KMTF) və "Abu Dhabi Ports" (ADP) üçün iki konteyner gəmisi istehsal ediləcək.
ABC.AZ xəbər verir ki, bu barədə "Samruk-Kazyna" şirkəti məlumat yayıb. Qeyd edilib ki, bu barədə şirkətin rəhbəri Nurlan Jakupovla Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri, AZCON Müşahidə Şurasının sədri Rəşad Nəbiyev arasında keçirilən görüşdə qeyd olunub.
"2027-ci ilə qədər inşa ediləcək konteyner gəmiləri KMTF və ADP-nin birgə müəssisəsi olan CIMC-yə təhvil veriləcək", - məlumatda qeyd olunub.
Görüşdə TBNM-in inkişafı və nəqliyyat-logistika sahəsində tərəfdaşlığın dərinləşdirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb.
Bildirilib ki, ötən il TBNM ilə yük dövriyyəsi tarixi maksimuma - 4,5 milyon tona çatıb, Qazaxıstan yüklərinin ixrac potensialı ildə 10 milyon tona qədər qiymətləndirilir.
Tərəflər həmçinin Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin tikintisi layihəsinin icrasının gedişini müzakirə ediblər. Layihənin operatorları "Kazaxtelecom" və "Azertelecom" şirkətləridir. © Report
12 Avqust 2026