Azərbaycanda 9 ayda 127,6 min ton yapışdırıcı maddələr istehsal edilib

10:48 - 20.10.2025


20 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 127,6 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,5 % çoxdur.

Bu il oktyabr ayının 1-nə, ölkədə 10,7 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 136,6 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 11,7 % çoxdur.