"Regional" BOKT-un istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

15:09 - 17.10.2025


17 oktyabr, Fineko/abc.az. 19 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Regional" BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 24.10.2025-ci il tarixində keçiriləcək.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı "Regional" BOKT MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2004023407

İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması: Kütləvi / Birqiymətli Hərrac

İstiqrazların sayı: 10,000 (ədəd)

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi: 1,000,000 manat

İllik gəlirlilik faizi:16%

Ödəmə periodu :İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir

Tədavül müddəti: 2 il

Ticarətə buraxılma tarixi: 24.10.2025

Anderrayter: “Xalq Kapital İnvestisiya Şirkəti” QSC