17:34 - 11.10.2018
11 oktyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-in məlumatında deyilir ki, hərrac oktyabrın 16-da keçiriləcək.
“DQİ emissiyasının həcmi, hər birinin nominal dəyəri 100 manat olmaqla, 40 milyon manat təşkil edəcək. İstiqrazların tədavül müddəti 364 gündür. Yerləşdirmənin anderrayteri qismində “PASHA Capital” şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir
27 İyul 2026