17:01 - 16.10.2025
16 oktyabr, Fineko/abc.az. Cari il üzrə Azərbaycanda 5,4 faiz proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2029-cu ildə 4,2 faiz olacağı gözlənilir.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123,2 milyard manata, xərclərinin isə 120,6 milyard manata qədər yüksəlməsi gözlənilir.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2026-2029- cu illər üzrə manatın dollara qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb
12 Avqust 2026