"Azerbaijan Uzbek İnvestment" Birgə Müəssisəsinin Bakı Ofisi açılır

16:25 - 13.10.2025


13 oktyabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti "Azerbaijan Uzbek İnvestment" Birgə Müəssisəsi MMC-nin yerli filialını (Bakı ofisi) dövlət qeydiyyatına alıb.

ABC.AZ nazirliyə istinadən xəbər verir ki, filialın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 62, qanuni təmsilçisi isə Paşa Yadigar oğlu Yolçiyevdir.

Xatırladaq ki, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 2023-cü ilin dekabr ayında Daşkənddə qeydiyyatdan keçib. Birgə müəssisənin strateji məqsədi idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalının təşviqi, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, emal sahələri və innovasiyaların inkişafı, xarici investisiyaların cəlb edilməsidir.