17:07 - 10.10.2025
10 oktyabr, Fineko/abc.az. 10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AFB BANK" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Bu barəd ABC.AZ BFB-yə istinadla xəbər verir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı: "AFB BANK" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001008591
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Abunə Yazılışı
İstiqrazların sayı: 50,000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 5,000,000 manat
İllik gəlirlilik faizi: 13%
Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayının başa çatmasından 3 gün gec olmayaraq ödəniləcəkdir
Tədavül müddəti: 2 il
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter: “Assist Finance İnvestisiya Şirkəti” ASC
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026