10:17 - 9.10.2025
9 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ-ın “BlackRock”a məxsus “Global Infrastructure Partners” (GIP) ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına 50 milyon funt sterlinq investisiya edib.
ABC.AZ xəbər verir ki, bu, ARDNF-in Avropadakı ən iri infrastruktur layihələrindən biridir və Fondun dayanıqlı və uzunmüddətli investisiya strategiyasını əks etdirir.
Qatvik hava limanı hər il 40 milyondan çox sərnişinə xidmət göstərir, 23 mindən artıq iş yeri təmin edir və 2030-cu illərin sonuna qədər 75 milyon sərnişinə çatmağı planlaşdırır.
ARDNF rəhbəri İsrafil Məmmədov bu investisiyanı Fondun qlobal və etibarlı aktivlərə yönəlmiş siyasətinin nümunəsi adlandırıb.
1999-cu ildə yaradılmış ARDNF-in aktivləri 70 milyard dollara, GIP-in idarə etdiyi aktivlər isə 189 milyard dollara yaxındır. © Report